Millimiz yenə 6 top buraxdı
17 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci turun görüşləri keçirilir.
SportLine.az xəbər verir ki, Azərbaycan seçməsi tur çərçivəsində Ukrayna ilə üz-üzə gəlib. İlk görüşdə İrlandiyaya 6 cavabsız qolla uduzan Mirbağır İsayevin komandası, bu dəfə də meydanı məyus tərk edib.
Ukrayna - Azərbaycan - 6:1
Qollar: Mixaylo Mudrik, 3 (1:0), Roman Yakuba, 15 (2:0), İsmayıl Zülfüqarlı, 17 (2:1), Danilo Silkan, 38 (3:1), Alan Aussi, 62 (4:1), Stanislav Biblik, 78 (5:1), Artyom Sulianski, 80+1 (6:1)