Millimiz yeni stadionda oynaya bilməyəcək

Lüksemburq millisi UEFA Millətlər Liqasındakı oyunlarını yeni tikilən Milli Stadionda keçirə bilməyəcək.

Sportline.az xəbər verir ki, bu barədə Lüksemburq Futbol Federasiyasının (FLF) prezidenti Pol Filipp məlumat verib.

Məlumata görə, assosiasiya rəhbəri arenadakı işlərin koronavirus pandemiyası ilə əlaqədar ləngidiyindən Millətlər Liqasındakı qarşılaşmaları yeni stadionda oynamağın mümkün olmayacağını söyləyib.

Qeyd edək ki, millimiz C Liqasının 1-ci qrupunda, Lüksemburq, Kipr və Monteneqro seçmələri ilə birgə yarışacaq.