Millimizdən böyükhesablı məğlubiyyət

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, seçməmiz yarışın 2-ci raundunda Şimali Makedoniya ilə qarşılaşıb.

Albaniyada təşkil olunan matçda 0:3 hesabı ilə uduzan millimiz turnir cədvəlində sonuncu pilləyə yuvarlanıb.

Qeyd edək ki, ilk turda Albaniyaya 0:1 hesabı ilə uduzan Azərbaycan millisi martın 14-dəki son qarşılaşmasında Şotlandiya ilə üz-üzə gələcək.