Millimizin futbolçusu "Sabah"a keçdi

“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, Elvin Camalov bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Azərbaycan milli komandasının da üzvü olan Camalov karyerası ərzində “Qəbələ” (2013 - 2019) və “Zirə” (2019 - 2021) komandalarında çıxış edib.