Millimizin oyunu rusiyalı hakimə həvalə olundu

UEFA Milllətlər Liqasında V turun Azərbaycan - Monteneqro görüşü üçün təyinatlar açıqlanıb.

Sportline.az xəbər verir ki, görüş rusiyalı hakimlər briqadasına həvalə edilib.

Referi Sergey İvanov a Roman Usaçyov və Valeri Dançenko köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Kirill Levnikov yerinə yetirəcək.

İsrailli Şmuel Şteyf hakim-inspektor, sloveniyalı Tuqomir Frayman UEFA nümayəndəsi olacaq.

2014-cü ildən beynəlxalq təyinat alan İvanov daha əvvəl "Qarabağ"ın matçını idarə edib. 36 yaşlı referi 2019/2020 mövsümündə Avropa Liqasının pley-off mərhələsində Ağdam təmsilçisinin Bakıda Şimali İrlandiyanın "Linfild" klubunu 2:1 (ilk görüş - 2:3) hesabı ilə məğlub etdiyi görüşdə iş başında olub.

Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda baş tutacaq Azərbaycan - Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.