Millimizin oyununa azarkeşlər buraxıla bilər
Futbol üzrə Azərbaycan və Moldova komandaları arasında Kişinyovdakı yoldaşlıq oyununun azarkeşlərin iştirakı ilə keçirilmə ehtimalı var.
Sportline.az "Moldfootball" nəşrinə istinadən xəbər verir ki, Kişinyov bələdiyyəsinin Fövqəladə Xalq Sağlamlığı Komissiyası idman tədbirlərində tamaşaçılara tribunaların tutumunun 50 faizini doldurmağa icazə verib.
Yerli federasiya "Şerif" və "Sfıntul George" komandaları arasında ölkə kubokunun finalının azarkeşlərlə olacağını təsdiqləyib. Eyni qərarın Moldova - Azərbaycan qarşılaşmasına da şamil ediləcəyi gözlənilir.
Qeyd edək ki, Moldova - Azərbaycan oyunu iyunun 6-da "Zimbru" stadionunda keçiriləcək.