Millimizin qapısına vurulan qol ilk onluqda

Dünya çempionatının Avropa zonasının təsnifat mərhələsində vurulan ən yaxşı qolların siyahısı açıqlanıb. Sportline.az xəbər verir ki, ilk onluqda Əmrə Canın Kamran Ağayevin qoruduğu qapıya vurduğu qol da var. UEFA-nın tərtib etdiyi siyahı belədir:

Sebastyan Rudi (Şimali İrlandiya – Almaniya – 1:3), Konstantinos Mitroğlu (Cəbəllütariq – Yunanıstan – 1:4), Markus Berq (İsveç – Hollandiya – 1:1), Qafurcan Suyumbayev (Danimarka – Qazaxıstan – 4:1), Aleşandre Martines (Andorra – İsveçrə – 1:2), Pavel Savitski (Belarus – Bolqarıstan – 2:1), Olivye Jiru (İsveç – Fransa – 2:1), Aksel Vitsel (Belçika – Cəbəllütariq – 9:0), Aleksandr Rinq (Finlandiya – İslandiya – 1:0), Əmre Can (Almaniya – Azərbaycan – 5:1).