Millimizin rəqibi heyəti açıqladı
Futbol üzrə Qətər millisinin DÇ-2022-nin seçmə mərhələsi oyunları üçün heyəti açıqlanıb.
Sportline.az xəbər verir ki, baş məşqçisi Feliks Sançes Lüksemburq, Azərbaycan və İrlandiya ilə görüşlərə 28 futbolçu dəvət edib.
Qeyd edək ki, UEFA Qətər seçməsinin Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna müsabiqədənkənar daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq və yekun sıralamada nəzərə alınmayacaq.
Sözügedən komanda martın 24-də Lüksemburq, martın 27-də Azərbaycan, martın 30-da isə İrlandiya seçməsi ilə üz-üzə gələcək. Oyunlar Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda baş tutacaq.
