Millimizin rəqibi mükafatlandırıldı

Millətlər Liqasının pley-off mərhələsinə yüksələn Kosovo millisi ölkə rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Sportline.az xəbər verir ki, qalib komandaya ümumilikdə 500 min avro vəsait ayrılıb.

Qeyd edək ki, son oyunda millimizə qalib gəlməklə (4-0) D Liqasının 3-cü qrupunun lideri olan Kosovo seçməsi Millətlər Liqasının növbəti mərhələsində C Liqasında yarışacaq.