Millimizin rəqibində itki
Millətlər Liqasında Azərbaycan və Lüksemburq komandaları ilə görüşəcək Kipr seçməsinin heyətində dəyişiklik olacaq.
Sportline.az xəbər verir ki, İngiltərənin “Nottingem Forest” klubunda çıxış edən Nikolas Yoannu heyətə çağırılsa da, düşərgəyə gələ bilməyəcək.
Məıumata görə, baş məşqçi Yohan Valem onun əvəzinə heyətə başqa oyunçu cəlb edəcək.
Qeyd edək ki, Kipr millisi ayın 10-da Lüksemburqun, üç gün sonra isə Bakıda Azərbaycan millisinin qonağı olacaq.