Millimizin rəqibində itki

DÇ-2022-nin seçmə mərhələsinin 4-cü turunda millimizlə qarşılaşacaq Lüksemburq millisi oyuna itki ilə çıxacaq.

Sportline.az xəbər verir ki, müdafiəçi Maksim Şanot cəzalı duruma düşüb. O, ötən gecə Portuqaliya ilə keçirilən qarşılaşmasında (1:3) iki sarə vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, Lüksemburq – Azərbaycan oyunu sentyabrın 1-də keçiriləcək.