Millimizin rəqibləri müəyyənləşdi

Bu gün 2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib. SportLine.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil qərargahında təşkil edilən tədbirdə Azərbaycan seçməsinin də rəqibləri bəlli olub.  

Mübarizəyə əsas mərhələdən qoşulacaq Azərbaycan komandası 3-cü qrupda qərarlaşıb. Millimizin rəqibəri Slovakiya, eləcə də, ilkin təsnifat mərhələsinin H qrupunun qalibi və G qrupunun 2-cisi olacaq.

İlkin təsnifat mərhələsi:

A qrupu: Latviya*, İngiltərə, Kipr, Cəbəllütariq

B qrupu: Belarus*, Norveç, Kosovo, Andorra

C qrupu: Makedoniya*, Albaniya, Yunanıstan, San-Marino

D qrupu: Gürcüstan*, Danimarka, Almaniya, İsrail

E qrupu: Belçika, İsveç*, Ermənistan, Malta

F qrupu: Bosniya və Herseqovina*, Türkiyə, İsveçrə, Şotlandiya

G qrupu: Hollandiya, Monteneqro, Bolqarıstan*, Estoniya

H qrupu: Finlandiya, Moldova*, Uels, Şimali İrlandiya

Əsas mərhələ:

1-ci qrup: İspaniya, Polşa*, D1, H2

2-ci qrup: Ukrayna*, Sloveniya, C1, B2

3-cü qrup: Azərbaycan*, Slovakiya, H1, G2

4-cü qrup: İtaliya*, Macarıstan, B1, A2

5-ci qrup: Qazaxıstan, Ruminiya*, G1, C2

6-cı qrup: Serbiya, Fransa*, E1, F2

7-ci qrup: Rusiya, Xorvatiya*, F1, E2

8-ci qrup: Portuqaliya*, Çexiya, A1, D2

* - meydan sahiblərini göstərir.


Bu gün 2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək. SportLine.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil qərargahında təşkil ediləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Püşkatmadan öncə komandalar səbətlərə bölünüb. Azərbaycan seçməsi mübarizəyə əsas mərhələdən start verəcək. Komandamız reytinqi yüksək olan kollektivlərin qərarlaşdığı 6-cı səbətdədir. 

Əsas mərhələdə iştirak edəcək komandalardan yeddisi – Portuqaliya, Ukrayna, Azərbaycan, İtaliya, Xorvatiya, Polşa, Fransa - qrup oyunlarına ev sahibliyi etmək üçün müraciət edib ki, onlar fərqli qruplarda yer alacaqlar. 8-ci ev sahibi komanda məlum deyil və bu qruplar müəyyənləşdikdən sonra püşklə dəqiqləşəcək.

Əsas mərhələdən elit raunda hər qrupdan iki ən yüksək nəticə qazanmış komanda vəsiqə qazanacaq.

Qeyd edək ki, ilkin mərhələnin oyunları 29 yanvar – 3 fevral 2019, əsas mərhələnin görüşləri isə 22-27 oktyabr 2019 tarixlərində təşkil olunacaq.

I MƏRHƏLƏ

1-ci səbət (ev sahibi) 

Bosniya və Herseqovina 
Gürcüstan
Makedoniya
Latviya
Moldova 
İsveç
Bolqarıstan

2-ci səbət

İsrail
Andorra
Estoniya
Malta
Cəbəllütariq
San Marino
Şotlandiya
Şimali İrlandiya

3-cü səbət

Kosovo
İsveçrə
Ermənistan
Yunanıstan
Almaniya
Uels
Kipr

4-cü səbət
Türkiyə
İngiltərə
Albaniya
Monteneqro
Danmarka
Norveç

5-ci səbət 
Belarus
Niderland
Belçika
Finlandiya

ƏSAS MƏRHƏLƏ

6-cı səbət (ev sahibləri)
Portuqaliya
Ukrayna
Azərbaycan 
Italiya
Xorvatiya
Polşa
Fransa

7-ci səbət
İlkin mərhələdən yüksələcək ikinci pillənin sahibləri

8-ci səbət
İlkin mərhələdən yüksələcək qrup qalibləri

9-cü səbət
Sloveniya
Macarıstan
Çexiya
Rumıniya
Slovakiya

10-cu səbət
Rusiya
İspaniya
Qazaxıstan
Serbiya