Millimizin sabiq baş məşqçisi Pele və Maradona ilə eyni komandada

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Cənubi Amerika zonası üzrə XX əsrin rəmzi komandasını açıqlayıb.

Sportline xəbər verir ki, "11-lik"də Dieqo Maradona və Pele ilə birgə Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də yer alıb.

Qapıçı: Amadeo Karriso (Argentina)

Müdafiəçilər: Karlos Alberto Torres, Nilton Santos (hər ikisi Braziliya), Daniel Passarella (Argentina), Elias Figeroa (Çili)

Yarımmüdafiəçilər: Valdir Pereyra Didi, Ziko (hər ikisi Braziliya), Dieqo Maradona (Argentina)

Hücumçular: Qarrinça, Pele (hər ikisi Braziliya), Alfredo Di Stefano (Argentina)

Qeyd edək ki, Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisinə başçılıq edib. Braziliyalı mütəxəssis 2016-cı ildə dünyasını dəyişib.