Millimizin sabiq üzvü "Səbail"də
Paytaxtın "Səbail" klubu daha bir transfer reallaşdırıb.
Sportline.az xəbər verir ki, baxışda olan Ruslan Əmircanovla müqavilə bağlanıb. Təcrübəli müdafiəçi mövsümün sonuna qədər komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, “Səbail” buna qədər Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli və Kərim Diniyevi heyətinə qatıb.