Millimiz son oyununda da məğlub oldu

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan 28-ci ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi bu gün son oyununa çıxıb.

SportLine.az xəbər verir ki, Təbriz Həsənovun komandası 7-ci yer uğrunda oyunda 19 yaşadək futbolçulardan ibarət Belarus komandası ilə qarşılaşıb.

Hesabda öndə olan millimiz üstünlüyünü qoruya bilməyib. Beləliklə, komandamız yarışı 8-ci yerdə bitirib.

12 yanvar 2016
7-ci yer uğrunda oyun

Azərbaycan - Belarus - 1:2
QOLLAR: 
Doğukan Öksüz, 44 (1:0), Sergey Diçenkov, 77 (1:1), Vitali Lisakoviç, 85 (1:2)

Xatırladaq ki, yığmamız qrup mərhələsində Latviya ilə heç-heçə edib (1:1), Bolqarıstana qalib gəlib (2:0), Sloveniyaya isə uduzub (0:4).