Millimizin son rəqibi müəyyənləşdi

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsinin qarşılaşacağı sonuncu komanda müəyyənləşib. SportLine.az xəbər verir ki, 7-ci yer uğrunda oyunda Belarusun U-19 komandası ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 12-də Bakı vaxtı ilə saat 13:00 Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək.