Millimizin üzvü 1 xalla kifayətləndi

Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilib.
 
Sportline.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” səfərdə “Hannover”lə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana daxil olub.
 
Qeyd edək ki, Aue təmsilçisi 7 turdan sonra 9 xalla 18 komanda arasında 9-cu pillədə qərarlaşıb.