Millimizin üzvü Latviyada penalti qazandı

Azərbaycanın U-21 millisinin üzvü Asim Əlizadənin də çıxış etdiyi “Dauqavpils” Latviya çempionatında növbəti matçına çıxıb. 

Sportline.az xəbər verir ki, komanda 6-cı turda evdə “Spartak”la (Yurmala) qarşılaşıb. Görüş “Dauqavpils”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Asim də bu oyunun iştirakçısı olub. O, 58-ci dəqiqədə komandasına penalti qazandırıb. Daha sonra isə Makuilli bu epizodu qola çevirib. 

Qeyd edək ki, “Dauqavpils” turnir cədvəlində 10 komanda arasında 8 xalla 6-cı, “Spartak” isə 1 xalla sonuncudur. 

Xatırladaq ki, Asim Latviya çempionatında 5 matçda 1 qolun ötürməsini verib.

Banner