Millimizin üzvü məğlubiyyətlə barışdı

Futbol üzrə Cənubi Koreya çempionatında 13-cü turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun şərəfini qoruduğu “Daejeon” səfərdə “Pahonq”a  2:3. hesabı ilə uduzub.

Anton start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Daejeon” 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.