Millimizin üzvü növbəti oyununa çıxdı

Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilib.
 
Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” bu turda doğma meydanda “Kolos”la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
 
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Rüstəm isə 88-ci dəqiqədə meydana daxil olub.
 
“Minay” 20 turdan sonra 15 xalla 14 komanda arasında 13-cü pillədə qərarlaşıb.