Millimizin üzvü oynadı, komandası qalib gəldi

Niderland birinci divizionunda 36-cı turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi “Eyndhoven” səfərdə “Roda” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Ozan da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 90+3-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
Qeyd edək ki, “Eyndhoven” hazırda 57 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Banner