Millimizin üzvü yubiley matçında

Azərbaycan Premyer Liqasının VII turu Vüsal İsgəndərli üçün yubileylə əlamətdar olub.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, “Keşlə”nin futbolçusu ölkə çempionatında 100-cü oyununu keçirib.

Bu yubiley “Neftçi” ilə ev matçına (0:1) təsadüf edib.

Premyer Liqada 2014/15 mövsümündə debüt edən futbolçu 100 oyunda 11 qol vurub.

O, indiyədək “Simurq”da 1, “Zirə”də 59 (6 qol), “Keşlə”də 40 (5 qol) görüşə çıxıb.