Millimizin üzvünün komandası qara buludlardan qurtula bilmir

Almaniya 3-cü Bundesliqasında 20-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” bu turda doğma meydanda "Münhen 1860"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

R. Dadaşov start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

Münster klubu hazırda 16 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.