Millimizin üzvünün komandası uduzdu

Niderland birinci divizionunda 37-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” doğma meydanda "Helmond"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

"Eyndhoven" - "Helmond" - 0:1
Qol
: Qoselink, 46

Ozan bu görüşdə oynamayıb. Onun adı iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Eyndhoven” hazırda 57 xalla 20 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Banner