Millimizin və "Qarabağ"ın ev oyunları neytral meydanda

Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub.

Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qitə futbol qurumu Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq belə qərar verib. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə olacağı bildirilib.
 
AFFA və Ermənistan Futbol Federasiyasına beynəlxalq oyunlar keçirmək üçün alternativ yerlər təklif etmələri tövsiyə olunub

O da qeyd olunub ki, İcraiyyə Komitəsinin bugünkü qərarı Avro-2020-nin gələn ilin iyununda Bakıda nəzərdə tutulan oyunlarının planlaşdırılmasına təsir göstərməyəcək.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda "Vilyarreal"a (İspaniya) qarşı keçirməli idi. Azərbaycan millisi isə oktyabrın 13-də Kipri Albaniyada qəbul etməli olub. Növbəti ev oyunu - Monteneqro ilə matç noyabrın 14-də Bakı Olimpiya Stadionunda nəzərdə tutulmuşdu.