Millinin baş məşqçisi dəyişib
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi dəyişib.
Sportline.az xəbər verir ki, türkiyəli Ferhat Akcan yığmaya təyinat alıb.
O, bu postda Evren Alkayanı əvəzləyib.
E.Alkaya U-18 millisinin baş məşqçi postunda qalıb.
Qeyd edək ki, Ferhat Akcan daha əvvəl Türkiyə II Liqasında çıxış edən "OGM Ormanspor"da köməkçi məşqçi vəzifəsində çalışıb.