Millinin baş məşqçisi ilə yollar ayrıldı
Peru millisinin baş məşqçi Rikadro Qareka ilə yollar ayrılıb.
Sportline.az xəbər verir ki, bu barədə Peru Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 64 yaşlı mütəxəssislə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Qareka 2015-ci ildən Perunu çalışdırırdı.