Millinin futbolçularına veriləcək mükafat bəlli olub
"FIFA Series - 2026" beynəlxalq turnirinin qalibi olan Azərbaycan millisinin üzvləri mükafatlandırılacaq.
Sportline.az-ın əldə etdiyi məumata görə futbolçuların hər birinə 10000 manat veriləcək.
Bununla yanaşı millinin məşqçilər korpusu və texniki heyəti də mükafatsız qalmayacaq.
Xatırladaq ki, ilk oyunda Sent Lusiyanı məğlub edən (6:1) milli, ikinci görüşdə Syerra Leone seçməsini üstələyərək (1:1. 9:8 pen.) turnirin qalibi adına layiq görülüb.