Millinin futbolçusu "Zirə"də
“Zirə” daha bir futbolçunu səralarına qatıb.
Sportline.az xəbər verir ki, qəsəbə təmsilçisi “Sumqayıt”dan qapıçı Mehdi Cənnətovu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 29 yaşlı qapıçı daha əvvəl Rusiyanın “Anji”, “Baltika” klublarında çıxış edib. 2017-ci ildən “Sumqayıt”da forma geyinən futbolçu Azərbaycan milli komandasının da üzvüdür.