Millinin futbolçusunun son durumu
Azərbaycan Premyer Liqasının XVIII turunda "Keşlə" ilə matçda (1:0) zədələnən "Sabah"ın futbolçusu Elvin Camalovun durumuna aydınlıq gətirilib.
Sportline.az xəbər verir ki, onun almacıq sümüyündə xətti sınıq aşkar olunub. Camalov iki həftə sonra fərdi məşqlərə başlaya biləcək.
Qeyd edək ki, görüşün 57-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Sadio Tounkaranın ayağı Camalovun sifətinə dəyib. Oyunçu ilkin tibbi yardımdan sonra həkimlərin müşayiəti altında meydanı tərk edib.
Matçdan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Murad Musayev milli futbolçumuzun beyninin silkələndiyini deyib.