Millinin mətbuat katibi təyin olundu
Futbol üzrə Azərbaycan milli komandasının mətbuat katibi vəzifəsinə təyinat olub. Sportline.az-ın AFFA-nın rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, bu vəzifə Elman Himayətoğluna həvalə olunub.
O, 1 Yanvar 2018-ci il tarixindən vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Elmar Himayətoğlu bu təyinatadək "Zirə" klubunun mətbuat katibi vəzifəsində çalışıb.