Millinin oyununu qadın hakim idarə edəcək
Azərbaycanın qadın futbolçulardan ibarət millisinin dünya çempionatının seçmə mərhələsində Andorra ilə Bakıda keçirəcəyi oyununa hakim təyinatları açıqlanıb.
Sportline.az UEFA-ya istinadən xəbər verir ki, görüşü Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.
Vesna Miletiç oyunun baş hakimi olacaq. Ona yan xətdə Merima Homaraç və Nevena Markoviç kömək edəcək. Dördüncü hakim funksiyasını Senida Petak yerinə yetirəcək.
Xatırladaq ki, aprelin 18-də "Bank Respublika Arena"da keçiriləcək Azərbaycan - Andorra matçı saat 17:00-da başlanacaq.