Millinin rəqibində koronavirus aşkarlandı

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda millimizlə görüşəcək Monteneqro komandası koronavirus testindən keçib.

Sportline.az xəbər verir ki, milli üzvlərindən birində infeksiya aşkarlanıb.

Adı açıqlanmayan futbolçu dərhal karantinə alınıb.

Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərinin “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək Azərbaycan - Monteneqro görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.