Millinin sabiq baş məşqçisi köməyə çağrılır

İngiltərə millisinin sabiq baş məşqçisi Sem Elardays yaxın vaxtlarda “Lids”in “sükanı arxasına” keçə bilər.

Sportline.az “The Atletik” ə istinadən xəbər verir ki, komandanın hazırkı çalışdırıcısı Xavi Qarsiya ilə yollar tezliklə ayrılacaq. Klub rəhbərliyi 53 yaşlı mütəxəssisin işindən razı deyil.

Onun yerinə ən real namizəd isə “batan gəmiləriin” xilaskarı sayılan Elardaysdır.

Qeyd edək ki, 34 oyundan 30 xal toplayan “Lids” Premyer Liqanın 17-ci pilləsində qərarlaşıb.