Millinin sabiq baş məşqçisi vəfat etdi

Argentina millisinin sabiq baş məşqçisi Alexandro Sabelya vəfat edib.

Sportline.az xəbər verir ki, ürək-damar xəstəliyindən əziyyət çəkən mütəxəssis 66 yaşında dünyasını dəyişib.

O, bir müddət öncə problemlə bağlı xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Alexandro Sabelya 2011-2014-cü illərdə Argentina millisinə başçılıq edib. Yığma komanda onun rəhbərliyi altında DÇ-2014-ün finalına qədər irəliləyib və həlledici görüşdə Almaniyaya uduzub - 0:1.