Millinin üzvü ilk qolunu vurdu

Millimizin üzvü Anton Krivotsyuk Cənubi Koreya çempionatında ilk qolunu vurub.

Sportline.az xəbər verir ki, onun formasını geyindiyi “Daejeon” 9-cu turda “Jeonbuk”a 2:1 hesabı ilə qalib gəlib.

Start heyətdə meydana çıxan Krivotsyuk 51-ci dəqiqədə komandasının ilk qolunu vurub. 

Qeyd edək ki, “Daejeon” hazırda 17 xalla 3-cü pillədə qərarlaşıb.