Millinin üzvü klubundan ayrılır
İngiltərə millisinin üzvü Ceyms Meddison “Lester Siti”dən ayrılmağa hazırlaşır.
Sportline.az Telegraph nəşrinə istinadən xəbər verir ki, ingilis oyunçu ilə 3 klubun ciddi şəkildə maraqlandığı bildirilir.
Söhbət “Mançester Yunayted”, “Tottenhem” və “Nyukasl Yunayted”dən gedir.
Qeyd edək ki, Meddison bu mövsüm bütün turnirlər daxil olmaqla çıxdığı 27 oyunda 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.