Millinin yeni baş məşqçisi məlum oldu

Uruqvay Futbol Assosiasiyası Marselo Bielsanın milli komandaya baş məşqçi təyin olunduğunu açıqlayıb.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssisin milli ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədə olacaq.

Bielsanın son iş yeri İngiltərənin “Lids Yunayted” klubu olub.

Argentinalı mütəxəssis 2022-ci ilin fevralında sözügedən komandadan ayrılıb.