Milliyə daha bir futbolçu dəvət olundu
Azərbaycan milli komandasının Bakıda keçirilən hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millinin və "Neftçi"nin yarımmüdafiəçisi İsmayıl Zülfüqarlı paytaxtdakı məşqlərdə iştirak edəcək. O, "Neftçi"dən əsas milliyə dəvət alan sayca 4-cü oyunçudur.
Daha əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Namik Ələskərov milliyə çağırılıb.
Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.