Misli Premyer Liqasında daha kimlər cərimələndi?

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının bəzi klubları ilə bağlı qərarlar verilib.

Premyer Liqanın 28-ci tutunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Araz-Naxçıvan” 5000 manat cərimə edilib. “Turan Tovuz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cərimələnib.

“Karvan-Yevlax” – “Şamaxı” oyununda təşkilati-texniki öhdəliklər (mətbuat konfransı otağı düzgün təşkil edilməyib) pozulduğuna görə “Karvan-Yevlax” 1000 manat cərimə edilib.

 “Qarabağ” – “Sabah” oyunu başa çatdıqdan sonra “Qarabağ” azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” 5000 manat cərimə edilib.

Oyunda “Sabah” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilib. “Sabah”ın futbolçusu Abdulax Xaybulayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klub 1000 manat cərimə edilib.

Oyun başa çatdıqdan sonra “Sabah” komandasının azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Sabah” 5000 manat cərimə edilib.

 “Kəpəz” – “İmişli” oyununda “Kəpəz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz” 700 manat cərimə edilib.

Xatırladaq ki, AFFA "Zirə" - "Neftçi" oyununda yaşanan hafisələrlə bağlı də cəza və cərimə qərarları verib.