Modriç daha bir il "Real"da

"Real" yarımmüdafiəçisi Luka Modriçlə yeni müqavilə imzalayacaq.

Sportline.az jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, yaxın vaxtlarda 37 yaşlı yarımmüdafiəçi klubla iyunda başa çatacaq müqaviləni 1 il müddətinə uzadacaq. Bununla bağlı ütün sənədlər hazır olduğu vurğulanıb.

Xorvatiyalı yarımmüdafiəçi 11 ildir (2012-ci ildən) "Real"da çıxış edir.

Qeyd edək ki,  Modriç bu mövsüm 45 oyuna çıxıb, 6 qol vurub, 6 qolun ötürməsini verib. 

Banner