Modriç “Milan”a transfer olmaq istəyir

"Real Madrid"dən ayrılan Luka Modriç "Milan"a transfer olmaq üzrədir.

Sportline.az xəbər verir ki, futbolçu İtaliya klubunun təklifini qəbul edib.

Fabrizio Romanonun məlumatına görə, “Milan”ın yeni idman direktoru İqli Tarenin Modriçə klubun futbol ideyasını təqdim edib.

Bildirilir ki, sponsorluq müqavilələri ilə dəstəklənən təklif hazırlanıb. İddialara görə, “Milan” futbolçuya yüksək məvacib təklif edib. 

Qeyd edək ki, Luka Modriçin “Milan” azarkeşi olduğu irəli sürülüb.