Modriç "Real Madrid"də qalmaq istəyir
"Real Madrid"in xorvatiyalı əfsanəsi Luka Modriç klubla yeni müqavilə imzalamaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Diario As" qəzeti məlumat yayıb.
39 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Modriç bu mövsüm çıxış etdiyi 54 matçda 4 qol 8 asistlə yadda qalıb.