Modriç zədələndi

İspaniya "Real Madrid"inin futbolçusu Luka Modriç zədələnib.

Sportline.az "Sport.es"ə istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi milli komandanın düşərgəsində zədələnib.

37 yaşlı oyunçuya bud əzələlərinin həddindən artıq yüklənməsi diaqnozu qoyulub. Təcrübəli futbolçu ən azı 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

Onun "Osasuna" və "Xetafe" ilə La Liqa matçlarını, həmçinin, Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə UEFA Çempionlar Liqasının qrup oyununu buraxacağı dəqiqdir. Modriç oktyabrın 16-də "Barselona"ya qarşı keçiriləcək El-Klasikoda meydana çıxa bilər.