Modriçin "Real"dakı taleyi həll olunur
Luka Modriçin "Real"dakı gələcəyi sual altındadır.
Sportline.az xəbər verir ki, klub rəhbərliyi 39 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmaq istəmir.
Yeni baş məşqçi Xabi Alonso isə təcrübəli yarımmüdafiəçinin xidmətində maraqlı olduğunu bildirib.
"Marca"nın yaydığı məlumata görə, Alonso artıq bununla bağlı rəhbərlik qarşısında məsələ qaldırıb.
Modriç karyerasını "Real"da bitirmək arzusundadır və xorvatiyalı futbolçu bunun üçün əməkhaqqısının azaldılmasına da razıdır.
Məsələyə yaxın günlərdə aydınlıq gətiriləcəyi bildirilir.