Mohamed Salah "Liverpul"da

"Roma"nın futbolçusu Mohamed Salah karyerasını Premyer Liqada davam etdirəcək. SportLine.az "Daily Mirror"a istinadən xəbər verir ki, "Liverpul" misirli yarımmüdafiəçi ilə razılığa gəlib.

Razılaşmaya əsasən, 25 yaşlı futbolçu ilinə 4,5 milyon avro qazanacaq. 

Transferin reallaşması üçün "Liverpul" "Roma"ya 40 milyon təzminat haqqı ödəməlidir. Tərəflərin yaxın günlərdə bu məsələ barəsində də razılığa gələcəyi gözlənilir.

Qeyd edək ki, M.Salah cari mövsümdə A Seriyanın 31 oyununda meydana çıxıb və 15 qol vurub.