Mohammed Kuduz Ada futbolunu tərk edir

"Vest Hem Yunayted"in qanalı futbolçusu Mohammed Kuduz mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Atletiko Madrid" M.Kuduzu transfer etmək üçün hərəkətə keçib.

24 yaşlı futbolçunun "Vest Hem Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, London klubunun rəhbərliyi Mohammed Kuduz üçün ən azı 70 milyon avro tələb edir.

O, bu mövsüm meydana çıxdığı 33 matçda 4 qol 4 məhsuldar ötürmə müəllifi olub.