Moldova yığması millimizlə matça itkiylə çıxacaq
Moldova yığması Azərbaycan millisiylə yoldaşlıq görüşünə itkiylə çıxacaq.
Sportline.az xəbər verir ki, Moldovanın "Petrokub" klubunun futbolçusu Viktor Boqaçuk Kişinyovdakı bugünkü matçda iştirak edə bilməyəcək.
Buna səbəb yarımümdafiəçinin zədəli olmasıdı. Son məşqdə fərdi çalışan Boqaçuk Azərbaycanla görüşü kənardan izləyəcək.
Son məşqdə bütün futbolçular adi rejimdə hazırlaşıb. Bura millinin liderlərindən olan İqor Armaş da daxil idi ki, Rumıniyanın "Volıntari" klubunun mərkəz müdafiəçisi milliyə yenicə qoşulub.