"Monako" 1/4 finala yüksəldi

Fransa kubokunda 1/8 final mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə "Monako" "Metz"i qəbul edib. Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasından müəyyənləşib. Burada daha dəqiq olan knyazlıq təmsilçisi 1/4 finala yüksəlib.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər görüşləri 7-8 aprel tarixlərində keçiriləcək.

6 aprel

"Monako" - "Metz" - 0:0 (penaltilər seriyası - 5:4)