"Monako" növbəti mərhələdə
"Monako" Fransa kubokunda 1/32 final oyununa çıxıb.
Sportline.az xəbər verir ki, knyazlıq təmsilçisi səfərdə "Qrenobl"la qarşılaşıb. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qrenobl" - "Monako" - 0:1
Qol: Yovetiç, 36
Bu qələbə ilə "Monako" 1/16 finala yüksəlib. Komandanın bu mərhələdəki rəqibi növbəti püşkatma zamanı müəyyənləşəcək.